Martin Haydeqqer (1889-1976) — Alman filosofu, Ekzistensializm (Təklif 1. Varolmaçılıq; Təklif 2. Mövcudiyyətçilik) düşüncə tərzinin əhəmiyyətli nümayəndələrindən biri. Haydeqqer 20-ci əsrin ən böyük mütəfəkkirləri arasında qəbul edilir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Haydeqqer'in ən məşhur əsəri "Varlıq və Zaman" 1927-ci ildə çap edilmişdir. Burada Haydeqqer qısaca "Varlıq (olmaq) zamandır." fikrini irəli sürmüşdür. İnsan, doğulduğu və öldüyü zaman aralığında "olan" bir varlıqdır. Varlıq zamandır və zaman sonludur, bizim ölümümüz ilə sona çatır. Haydeqqer insanın bu həyata, dünyaya, varlığa "atıldığını" (öz istəyi xaricində) söyləyirdi. Bu əsər, sonraları Ekzistensializm'in ən böyük fiqurlarından biri olacaq gənc Jan Pol Sartr'a dərindən təsir etmişdir. Sartr, ən məşhur əsərlərindən birini "Varlıq və Heçlik" adlandırmışdı. Məqalənin əsas mövzusu isə Haydeqqer'in Üçüncü Reyx (Hitler Almaniyası) ilə olan əlaqəsidir. Adolf Hitler 1933-cü ilin Yanvarın 30-unda Almaniya Kansler'i seçildi. Həmin ilin Aprel ayının 21-də isə Martin Haydeqqer Freiburg Üniversitetinin rektoru təyin edildi. Sabiq rektor Möllendorff, Nasizmin tələb etdiyi antisemit posterləri üniversitetdə nümayiş etməyi rədd etdiyi üçün vəzifədən istefa etməyə məcbur edilmişdi. Vəzifəyə keçdikdən 10 gün sonra (1 May) Haydeqqer "Nasional Sosialist Alman Fəhlə Partiyası"-na qoşuldu. Həmin ay Nasist rektorlar tərəfindən Hitler'ə göndərilən ictimai teleqramı da imzalamışdı. Haydeqqer'in xeyrinə olan bir faktı da qeyd etsək: Haydeqqer heç bir zaman Nasist Partiya görüşlərinə qatılmamışdı (ilk üzvlük görüşü xaricində). Bu faktdan yola çıxaraq Haydeqqer'in dəstəkçiləri tərəfindən istifadə edilən arqümentlərdən biri belədir: "Haydeqqer əslində Nasist deyildi, sadəcə Hitler hakimiyyətində sağ qalmağa və özünə görə məntiqli siyasi həmlələr etməyə çalışırdı." Bunun belə olması isə çox şübhə altındadır. Çünki Haydeqqer'in ən yaxınlarına belə sırf Yəhudi olduğu üçün xəyanət etdiyini görə bilirik. Həmçinin, belə olmadığını, Haydeqqer'in Hitler hakimiyyətinin sonlanmasından sonra belə heç bir peşmançılıq ifadə etməməsindən anlaya bilərik
Yazan / Tərcümə Edən: Amanov Shamsaddin
Əsas Referanslar (istinadlar):
1. Human, All Too Human - Martin Heidegger (BBC series), link: https://www.youtube.com/watch?v=gQ09a5LJFqo&t
2. Martin Heidegger and Nazism, link: https://en.wikipedia.org/wiki/Martin_Heidegger_and_Nazism
Podchaser is the ultimate destination for podcast data, search, and discovery. Learn More